Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin həyatından bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin həyatından bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib
# 21 noyabr 2009 12:01 (UTC +04:00)
Bakı-APA. Bu gün Hökumət Evində Azərbaycanın Milli Qəhrəmanı Samir Zirəddin oğlu Xasıyevin həyatı və döyüş yoluna həsr olunan “Samirin vəsiyyəti” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Mərasimdə milli qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, həmçinin millət vəkilləri, ziyalılar iştirak edib.

Qeyd edək ki, Samir Zirəddin oğlu Xasıyev 23 aprel 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunan Samir Xasıyev hərbi borcunu yerinə yetirmək üçün ordu sıralarına gedib. Samir Xasıyevin döyüş yolu 1994-cü ilin əvvəllərindən başlayıb. O, Ağdam, Ağdərə, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O, özünü əsl vətənpərvər, igid, hərbi sənətini sevən və torpaqları uğrunda canından keçməyə hər an hazır olduğunu, bu döyüşlərdə çoxsaylı qəhrəmanlıqlar göstərib. Samir Xasıyev Tərtər uğrunda gedən savaşda erməni işğalçılarının mühasirəsinə düşən döyüş yoldaşlarının mühasirədən çıxmasında misilsiz xidmət göstərib. O düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədi ilə dəfələrlə kəşfiyyat əməliyyatlarında da iştirak edib. Bu zaman o, döyüş yoldaşları ilə birlikdə düşmənin sirlərini üzə çıxarmaqla yanaşı, onların canlı qüvvəsi və texnikasını sıradan çıxarıb. Bu döyüşlərdə Samir Xasıyev bir neçə dəfə yaralanıb, lakin sağaldıqdan dərhal sonra yenidən döyüş bölgəsinə qayıdıb. S. Xasıyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar, fəxri fərmanlarla tərtib olunub. İki aylıq zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra artıq leytenant qismində döyüş bölgəsinə qayıdan S. Xasıyev yenidən vətənin düşmənin işğalından xilas olunmasında fəal iştirak edib.

1994-cü ildə Samir Xasıyev Gəncəyə ezam olunub, burada xidmət etdiyi zaman o, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və buna görə hərbi xidmətlərinə görə medalla təltif olunub. 1995-ci ilin martında Azərbaycanda növbəti dövlət çevrilişinə cəhdinin qarşısının alınmasında da fəal iştirak edən S. Xasıyev Azərbaycan dövlətçiliyinin qorunması məqsədi ilə aparılan hərbi əməliyyatlar zamanı həlak olub. Heydər Əliyev Samir Zirəddin oğlu Xasıyevi Vətən, millət, və dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək, onu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR