Bank Of Baku

Azərbaycanlı pianoçu Moskvada keçirilən XVI “Art noyabr” Beynəlxalq İncəsənət Festivalında konsert proqramları ilə çıxış edib

Azərbaycanlı pianoçu Moskvada keçirilən XVI “Art noyabr” Beynəlxalq İncəsənət Festivalında konsert proqramları ilə çıxış edib
# 23 noyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Moskvada keçirilən XVI “Art noyabr” Beynəlxalq İncəsənət Festivalında iki konsert proqramı ilə çıxış edib. Bu günlərdə səfərdən Vətənə dönən pianoçunun APA-ya verdiyi məlumata görə, festival çərçivəsində o Moskvada yerləşən Marina Tsvetayeva ev-muzeyində solo konsert verib. Murad Hüseynov konsertdə Azərbaycan, Rusiya və Fransa bəstəkarlarının, o cümlədən Q. Qarayev, T. Quliyev, K. Debüssi, M. Ravel, F. Pulenka, S. Raxmaninovun əsərlərini ifa edib. Festival çərçivəsində həmyerlimizin ikinci konserti Moskva Beynəlxalq Musiqi Evinin Kamera Zalında beynəlxalq müsabiqələr laureatı, Rusiyanın xalq artistləri, eləcə də dünyada tanınmış musiqiçilərin təmsil olunduğu Yeni Rusiya kvarteti ilə birgə çıxış edərək və Y. Bramsın “Kvinteti”ni ifa edib. Festivalın bədii rəhbəri Rusiyanın əməkdar artisti, Brams adına triounun solisti Natalya Rubinşteyndir. M.Hüseynov qeyd edib ki, festivalda çıxışı zaman layihənin təşkilatçıları azərbaycanlı pianoçunu növbəti, XVII “Art noyabr” Beynəlxalq İncəsənət Festivalına dəvət ediblər. Eyni zamanda səfər çərçivəsində M. Hüseynov festivalda təmsil olunan dünya ölkələri öz ölkələrində keçirilən beynəlxalq musiqi festivallarına dəvət olunub. Yaxın vaxtlarda isə M. Hüseynov Türkiyə və Macarıstanda konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, festival Rusiyanın Mədəniyyət Nazirliyi, Marina Tsvetayevanın Ev Muzeyi, “Buta” İncəsənət Mərkəzinin və digər təşkilatların təşəbbüsü ilə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR