Bank Of Baku

Rəssam Natiq Əhmədzadənin Bakıda sərgisi açılacaq - FOTO

Rəssam Natiq Əhmədzadənin Bakıda sərgisi açılacaq  - <font color=red>FOTO</font>
# 23 noyabr 2009 10:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə noyabrın 25-də Vəcihə Səmədova adına Sərgi salonunda rəssam Natiq Əhmədzadənin fərdi sərgisi keçiriləcək. Sənətkarın 50 illik yubileyinə həsr olunmuş sərgidə 50-yə yaxın rəngkarlıq nümunəsi nümayiş olunacaq. Rəssamlar İttifaqından APA-ya verilən məlumata görə, azərbaycanlı rəssamın əsərləri Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin fondunda, Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Fransa, İngiltərə, İtaliya və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, N. Əhmədzadə 1976-1980-cı illərdə Gəncə şəhər Pedaqoji Texniki Məktəbində təhsil alıb. 1990-cı ildə İstanbulda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində fərdi sərgisi keçirilib. Rəssam eyni zamanda bir sıra beynəlxalq və ölkə sərgilərinin iştirakçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR