Bank Of Baku

Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan karikaturaçılarının əsərlərindən ibarət sərgi təşkil olunacaq

Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan karikaturaçılarının əsərlərindən ibarət sərgi təşkil olunacaq
# 23 noyabr 2009 19:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi üzvlərinin əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi ilə təşkil olunan “Satirik rəsm” adlı beynəlxalq sərgi noyabrın 27-də şəhərin Muzey-sərgi kompleksində açılacaq.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan karikaturaçılarının əsərləri ilə yanaşı, layihənin rəhbəri, əslən bakılı olan tanınmış karikatura ustası Stanislav Nikolayeviç Aşmarinin də karikaturaları nümayiş olunacaq. Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Zaman. İnsan. Karikatura” adlı kitabın təqdimat mərasiminin də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR