Bank Of Baku

Fidan Hacıyeva yeni internet saytlarını təqdim edib - FOTOSESSİYA

Fidan Hacıyeva yeni internet saytlarını təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 24 noyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə vokalçı iki yeni veb-saytının istifadəyə verildiyini qeyd edib. F. Hacıyevanın hər iki veb-saytının layihə rəhbəri və PR meneceri Elnur İslamov bildirib ki, hazırlanan hər iki sayt tam olaraq sənətçinin yaradıcılıq fəaliyyətinə həsr olunub. www.fidanhaciyeva.com və www.klassika.az internet ünvanlarında Fidan Hacıyevanın tərcümeyi-halı, mükafat və nailiyyətləri, yeni layihələri, solo konsert, tamaşalarla bağlı elan və anonslar yer alıb. Bununla bərabər, Fidan Hacıyevanın veb-saytında həm ana, həm sənətçi, həm gəlin, həm də həyat yoldaşı kimi xüsusi fotoqalereya yaradılıb. Sənətçinin pərəstişkarları üçün klassik musiqi və mədəniyyət sahəsi ilə bağlı mövzulara dair forumlar da təşkil olunacaq. Hər zaman tamaşaçılara böyük önəm verən vokalçı bu layihəsində də izləyiciləri nəzərə alıb. Belə ki, klassik musiqini sevənlər üçün xüsusi video qalereya bölməsi fəaliyyət göstərir ki, bu bölmədə Fidan xanımın ifasında müxtəlif operalardan fraqmentlər yerləşdirilib. Eləcə də, hər iki veb-saytda məktub vasitəsi ilə arzu və təkliflərin bildirilməsi də mümkündür.

Mətbuat konfransında çıxış edən Fidan Hacıyeva dekabrın 5-də Opera və Balet Teatrının səhnəsində tamaşaçıların qarşısına Karmen obrazı ilə çıxacağını bildirib. Teatrda opera ilə bağlı ciddi məşqlərə başlanıldığını vurğulayan solist, operanın afişalarının da artıq hazır olduğunu qeyd edib. Jorj Bizenin “Karmen” operası professor Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Əməkdar artist “Karmen” operası ilə bir növ yaradıcılığına yenidən start verəcəyini deyib. “Karmen”in nümayişindən sonra o, daha bir neçə opera ilə tamaşaçıların görüşünə gələcək. Bu operalar sırasında Pedro Maskaninin “Kənd namusu”, Cüzebbe Verdinin “Aida” və “Trubadur”, Rassininin “Siviliya bərbəri” kimi səhnə əsərləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR