Bank Of Baku

Azərbaycanlı vokalist Aralıq dənizinin kruiz gəmisində “Klassik-caz” konserti və “Karmen” operası proqramları ilə çıxış edəcək

Azərbaycanlı vokalist Aralıq dənizinin kruiz gəmisində “Klassik-caz” konserti və “Karmen” operası proqramları ilə çıxış edəcək
# 24 noyabr 2009 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edəcək. APA-nın məlumatına görə, yeniliklərlə bağlı məlumatı sənətçi bu gün keçirdiyi mətbuat konfransında deyib. Vokalçının sözlərinə görə, o, Böyük Britaniyada “Həmrəylik” (“Solidarity” Concert Program in England ), Kiprdə “Klassik”, Antalya Aspendos Antik Teatrda “Aida” konsert proqramları ilə (Concert Program in Antalya-Aspendos Antique Theatre) çıxış etməyi planlaşdırır. Bundan əlavə sənətçinin gələcək üçün nəzərdə tutduğu layihələr arasında Şəki Karvansarayında “Şərq-Qərb” Klassik-Caz Konsert Proqramı ( “East-West” Classic-Jazz Concert Program in Sheki Karvansaray) da var. Bu proyektdə Fidan Hacıyeva əməkdar Artist Cavan Zeynallı ilə birgə çıxış edəcək.
Layihə Azərbaycanın zəngin mədəniyyətinin tarixi məkanlarda yaşadılması və təbliğ edilməsinə xidmət edir. Tədbirdə o da məlum olub ki, əməkdar artist yaxın gələcəkdə pərəstişkarları qarşısında yeni “Klassika” televiziya layihəsi ilə çıxacaq. Bu telelayihə ilə bağlı hazırda danışıqlar davam edir və ilkin razılıq əldə olunub. F. Hacıyevanın həmçinin Aralıq dənizinin ən böyük kruiz gəmisində “Klassik-caz” konserti və “Karmen” operası proqramları ilə çıxışı da nəzərdə tutulur.

F. Hacıyevanın bu ilin sonunda yeni “Tanqo” mahnısı da tamaşaçıların ixtiyarına veriləcək. Mahnının bəstəkarı Vüsalı İlyasovadır. F. Hacıyevanı akkardionda əməkdar artist Ənvər Sadıqov müşayiət edəcək. Mahnıya klip çəkilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR