Bank Of Baku

Bakıda keçiriləcək VI “Start” Beynəlxalq Tələbə Film Festivalında 34 film nümayiş olunacaq

Bakıda keçiriləcək VI “Start” Beynəlxalq Tələbə Film Festivalında 34 film nümayiş olunacaq
# 24 noyabr 2009 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında 24, 25 və 26 noyabr tarixlərində Bakıda keçiriləcək VI “Start” Beynəlxalq Tələbə Film Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən festivalın prezidenti Fehruz Şamıyev bildirib ki, kinoforuma Azərbaycanla yanaşı, Türkiyə, İran, Fransa, Almaniya, Polşa, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 200-ə yaxın tələbə filmlərini təqdim edilib: “Seçim komissiyası isə bu filmlər arasından 34-nü seçərək festivalın proqramına daxil edib. Bu festivala 14 ölkənin yaradıcı gəncləri cizgi, bədii, sənədli, eksperimental filmlər təqdim ediblər. Builki festivalın münsiflər heyətində kinooperator Rafiq Quliyev, gənc prodüser, rejissor Fariz Əhmədov, gürcüstanlı prodüser Nino Maqlakalidze, Türkiyədən “AK Bank” qısa film festivalının direktoru Səlim Evci və İrandan ssenarist Mahmadi Şəriət əyləşəcək. Festivalın qaliblər 6 nominasiya – “Ən yaxşı bədii filmi”, “Ən yaxşı sənədli filmi”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental filmi” üzrə müəyyənləşəcək. Eyni zamanda münsiflər heyəti və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi xüsusi mükafatını təqdim edəcək”.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, festivalın keçirilməsində məqsəd milli kinomuzda gənc nəslin yaradıcılıq səviyyəsinin dəyərləndirilməsi, onların qarşılaşdığı problem və qayğıları öyrənməkdir: “Festivalın keçirilməsində məqsəd tələbələrin filmlərinə baxış və onların müzakirəsini keçirmək, onların ən istedadlısını müəyyən etməklə yanaşı, gənc müəlliflərə dövlətin qayğısını, diqqətini artırmaq və onları həvəsləndirməkdir. Bununla yanaşı hər il Azərbaycanda gənc kinematoqrafiya və onun problemlərini diqqət mərkəzinə gətirən festival əsasən azərbaycanlı tələbələrin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir”.

VI START Beynəlxalq Tələbələrin Film Festivalı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR