Bank Of Baku

ABŞ Milli Radiosunun elan etdiyi “Yazılı tarixin 50 böyük səsi” müsabiqəsinin namizədləri arasında Alim Qasımov da var

ABŞ Milli Radiosunun elan etdiyi “Yazılı tarixin 50 böyük səsi” müsabiqəsinin namizədləri arasında Alim Qasımov da var
# 25 noyabr 2009 08:52 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. 2010-cu ilin yanvarında ABŞ Mİlli Radiosu yazıllı tarixin 50 böyük səsi ilə bağlı bir illik tədqiqata başlayacaq. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ-da dəfələrlə səfərdə olan Azərbaycanın məşhur muğam ifaçısı Alim Qasımov da namizədlər arasındadır. Müsabiqə elan olunanda təşkilatçılar çoxlu sayda seçim imkanı əldə ediblər. Radionun yaydığı məlumata görə, hazırda Milli Radio və ekspert qrupu onlardan ilk yüzlüyü seçir, həmin namizədlər arasında isə 50 böyük səs seçiləcək. İlk dəfədir ki, Azərbaycan müğənnisi Louis Armstrong, Busta Rhymes, Bob Marley, Freddie Mercury, Ray Charles, Frank Sinatra, Nina Simone, Barbra Streisand, Bessie Smith, Bjork, Maria Callas, Montserrat Caballe, Elvis Presley və digər məşhurlarla yanaşı müsabiqənin iştirakçıları sırasındadır. Alim Qasımovu dəstəkləmək istəyənlər ona http://www.npr.org/templates/story/story.php?storyId=114013402 ünvanına daxil olaraq səs verə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR