Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aydın” və “Şeyx Sənan” tamaşalarının premyerası olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aydın” və “Şeyx Sənan” tamaşalarının premyerası olacaq
# 25 noyabr 2009 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi noyabrın 20-dən başlayaraq milli dramaturgiyamızın ölməz klassik əsərlərindən ibarət ilk tamaşalarını paytaxtın teatrsevərlərinə təqdim edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Cabbarlının “Aydın” tamaşasının premyerası yazıçının anadan olmasının 110, pyesin yazılmasının 90 illiyinə həsr olunub. İki hissəli məhəbbət dramının quruluşçu rejissoru və səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Səhnə əsərinin plastik həlli Nicat Kazımova məxsusdur. Teatrda növbəti premyera Cənnət Səlimovanın quruluş verdiyi “Şeyx Sənan” tamaşası ilə bağlı olub. Noyabrın 28-i və 29-da isə daha iki klassik əsərin premyerası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR