Bank Of Baku

Azərbaycan aşıqları Dərbəndə keçiriləcək musiqi festivalında iştirak edəcək

Azərbaycan aşıqları Dərbəndə keçiriləcək musiqi festivalında iştirak edəcək
# 25 noyabr 2009 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın aşıqları Dərbəndə keçiriləcək musiqi festivalında iştirak edəcək. APA-nın məlumatına görə, bu festivala Azərbaycanla yanaşı, Dağıstanın müxtəlif regionlarından, eləcə də qonşu İran və Türkiyədən aşıqlar qatılacaq. Festival Dağıstanın Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Dərbənd Şəhər Administrasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Festivalın açılışı noyabrın 27-də Süleyman Stalski adına Dövlət Musiqi-Dram Teatrının binasında keçiriləcək. Artıq festivalda Azərbaycan aşıqlarının ifa edəcəyi musiqi havaları da müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR