Bank Of Baku

Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 26 noyabr 2009 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş “Lirik mənzərə” mövzusunda gənc rəssamların müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 16-29 olan gənclər iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov müsabiqəyə 130-dan çox gəncin qatıldığını vurğulayıb. Müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçılar tərəfindən təqdim edilən rəsm əsərləri təsviri sənətin rəngkarlıq və qrafika janrlarının müxtəlif texnikalarında işlənib. Ümumilikdə gənc rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsəri təqdim edilib. Müsabiqədə qaliblərinin müəyyənləşdirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş Münsiflər Heyəti tərəfindən həyata keçirilib. Münsiflər heyətinin tərkibinə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Rəssamlar İttifaqının gənc rəssamlar və sənətşünaslar birliyinin sədri Əsmər Nərimanbəyova, sənətşünas Lalə Eldarova, rəssam Namiq Məmmədov, rəssam Elnur Mahmudov daxildir. Daha sonra münsiflər heyəti tərəfindən hər iki nominasiya - rəngkarlıq və qrafika nominasiyasında I, II və III yer üzrə qaliblər, eyni zamanda 6 gənc rəssam həvəsləndirici diplomlarla təltif olunub. Müsabiqənin I yerin qalibinə 300, II yerin qalibinə 200, III yerin qalibinə isə 100 manat məblğində pul mükafatı verilib. 3 gün davam edəcək sərgi noyabrın 26, 29, 30 tarixlərində tamaşaçılar üçün açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR