Bank Of Baku

İrəvan Azərbaycan Dövlət Dram Teatrı Gürcüstanda qastrol səfərindədir - FOTO

İrəvan Azərbaycan Dövlət Dram Teatrı Gürcüstanda qastrol səfərindədir - <font color=red>FOTO</font>
# 27 noyabr 2009 08:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi Gürcüstana qastrol səfərinə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən Tiflisin Rustaveli teatrında Aqşin Babayevin “Xilaskar” əsəri tamaşaya qoyulub. Tamaşada Heydər Əliyev obrazını Azərbaycanın əməkdar mədəniyyət işçisi İftixar Priyev canlandırıb.

Tamaşaçılar arasında Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan Prezident Aparatının müşavirləri, deputatlar, diasporla iş üzrə dövlət naziri və reinteqrasiya nazirliyinin nümayəndələri, Kvemo-Kartli bölgə qubernatorunun müavini, Tiflisdən və ətraf rayonlardan gəlmiş ziyalılar da olub.

Eduard Şevardnadze APA-ya açıqlamasında “bu tamaşanı sözləri bilmədən də baxıb başa düşmək olar” deyib.

Qeyd edək ki, teatr 10 gün ərzində azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Bolnisi, Qardabani və Dmanisi bölgələrində “Xilaskar” və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşalarını nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR