Bank Of Baku

Bakıda keçirilən VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının “qran-pri”sinə litvalı rejissor layiq görülüb

Bakıda keçirilən VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının “qran-pri”sinə litvalı rejissor layiq görülüb
# 01 dekabr 2009 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı başa çatıb. APA-nın məlumatına görə,
14 ölkədən 24 rejissorun bir araya gəldiyi film festivalı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Azərbaycan Dövlət Kukla Teatrında keçirilən mükafatlandırma mərasimində qalib rejissorların adları açıqlanıb. Festivalın qran-prisinə, yəni “ən yaxşı film” nominasiyasına litvalı rejissor Lina Luzitenin çəkdiyi “O hələ də gözəldir” filmi layiq görülüb. Festivalın “Ən yaxşı bədii film” nominasiyasında “Yag” (rej. Serik Abışov, Qazaxıstan), “Ən yaxşı bədii film” nominasiyasında “Səyahət” (rej. İqor Nurislamov, Rusiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Sahildən uzaqda” (rej.Viktoriya Kurakova, Rusiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Qışlaq” (Alijan Nəsirov, Qırgızıstan), “Ən yaxşı cizgi filmi” nominasiyasında “Vol” (rej. Huseyin Bulut, Türkiyə), “Ən yaxşı eksperimental film” nominasiyasında “Məsiha” (rej. Elçin Əsədov, Azərbaycan) filmləri qalib gəlib. Festivalın münsiflər heyətinin xüsusi mükafatına “Koramal” (rej. Elməddin Alıyev, Xəyyam Abdullayev, Azərbaycan) və
“Seçilmiş” (rej. Həsən Qəhrəmani, İran) filmləri, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatına isə “Arada” (rej. Anna Kasperska, Polşa) filmi layiq görülüb.

Qeyd edək ki, festivalın münsiflər heyətində gürcüstanlı prodüser Nino Maqlakalidze, iranlı ssenarist Əkbər Mahmudi, azərbaycanlı prodüser Fariz Əhmədov, türkiyəli rejissor Səlim Evci və azərbaycanlı kinooperator, rejissor Rafiq Quliyev təmsil olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR