Bank Of Baku

VI Beynəlxalq Hərbi Vətənpərvərlik filmlər festivalında Azərbaycan da təmsil olunacaq

VI Beynəlxalq Hərbi Vətənpərvərlik filmlər festivalında Azərbaycan da təmsil olunacaq
# 01 dekabr 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 16-20 dekabr tarixlərində Rusiyanın Vovokolamsk şəhərində Sergey Bondarçuk adına VI Beynəlxalq Hərbi Vətənpərvərlik filmlər festivalı keçiriləcək. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu festivalda Azərbaycan da təmsil olunacaq. Azərbaycanla yanaşı, festivalda Belarus, Almaniya, Gürcüstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Meksika, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Ukrayna, Finlandiya, Fransa, Estoniya kimi ölkələr təmsil olunacaqlar.

Festival Rusiya Mədəniyyət Nazirliyi, Moskva Vilayətinin Mədəniyyət Nazirliyi, Rusiya Kinematoqrafçılar İttifaqı və Vovokolamsk Bələdiyyəsinin Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR