Bank Of Baku

Azərbaycanlı şagird gənc trubaçıların beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb

Azərbaycanlı şagird gənc trubaçıların beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb
# 02 dekabr 2009 00:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş gənc trubaçıların V Beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edən İsrafil Rəsulov festivalın Qran-pri mükafatına layiq görülüb.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, festivalda Azərbaycandan Bakı şəhəri Leonid və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova və truba ixtisası üzrə şagirdlər - Prezident təqaüdçüsü Tural Quliyev və  İsrafil Rəsulov iştirak ediblər. Müsabiqədə İsrafil Rəsulov festivalın Qran-pri mükafatına, Tural Quliyev isə diploma layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR