Bank Of Baku

Azərbaycanın “Şərikli çörək” filmi bərpa olunub

Azərbaycanın “Şərikli çörək” filmi bərpa olunub
# 02 dekabr 2009 09:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Məşhur “Şərikli çörək” bədii filmi Rusiya Dövlət Film Fondunda bərpa olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumatı verib. C. Quliyev bildirib ki, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə baş tutub.

Onun sözlərinə görə, filmin bərpası ekran əsərinin rejissoru olmuş Azərbaycanın tanınmış kinorejissoru Şamil Mahmudbəyovun 85 illik yubileyi münasibəti ilə baş tutub.

Dövlət Film Fondunun rəhbəri dekabrın 9-da Muzey Mərkəzində Ş. Mahmudbəyovun 85 illik yubileyinin qeyd olunacağını açıqlayıb. Muzeyin foyesində rejissorun həyat və yaradıcılığını əks etdirəcək foto-sərginin nümayişinin də təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın dövlət mükafatına layiq görülmüş “Şərikli çörək” filminin ssenari müəllifi Alla Axundova, quruluşçu rejissoru Şamil Mahmudbəyov, operatoru Teyyub Axundov, bəstəkarı Vasif Adıgözəlovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR