Bank Of Baku

Dövlət Film Fondunda xarici ölkələrdə çəkilmiş filmlərin foto-arxivi yaradılıb

Dövlət Film Fondunda xarici ölkələrdə çəkilmiş filmlərin foto-arxivi yaradılıb
# 03 dekabr 2009 03:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondunda xarici ölkələrdə çəkilmiş filmlərin foto-arxivi yaradılıb.

Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, foto-arxivdə Moldova, Ukrayna, Belarus, Gürcüstan, Rusiya, Rumıniya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin filmlərinin fotoları toplanılıb. Bu fotoların çox qismi həmin ölkələrin kinostudiyaları tərəfindən, bir qismi isə Bakı kinoprokatından qalıb. Yeni yaradılan foto-arxivdə ümumilikdə 5000 sayda fotolar yerləşdirilib.

C.Quliyev deyib ki, bu arxiv daha da genişləndiriləcək. Hazırda isə foto-arxivin elektron variantı hazırlanır.

Onu da qeyd edək ki, Dövlət Film Fondunun təşkilatçılığı ilə dekabrın sonlarında Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun 100 illik yubileyinin qeyd olunması planlaşdırılır. O, məşhur “Kəndlilər” və “Mavi dənizin sahillərində” filmlərinə rejissorluq edib. Rejissorun yubileyinin Muzey Mərkəzində təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR