Bank Of Baku

Tanınmış aktyor Vyaceslav Tixonov - Ştirlis vəfat edib - FOTOSESSİYA

Tanınmış aktyor Vyaceslav Tixonov  - Ştirlis vəfat edib - <font color=red>FOTOSESSİYA</font>
# 04 dekabr 2009 15:42 (UTC +04:00)
Moskva-APA. Məşhur sovet və rus aktyoru Vyaceslav Tixonov bu gün 82 yaşında vəfat edib. APA-nın məlumatına görə, ürəyindəki problemlərlə əlaqədar Moskvadakı Mərkəzi Klinik Xəstəxanaya aparılan aktyor günorta saatlarında dünyasını dəyişib. Aktyor 2002-ci ildə miokard infarktı keçirib, ötən ilin fevralında – 80 illik yubileyi ərəfəsində Tixonov qarın nahiyəsində kəskin ağrılar səbəbilə xəstəxanaya aparılıb. Aktyor ad günün xəstəxanada keçirib, martda isə əməliyyat olunub. Bir çox filmlərdə rol alan Vyaceslav Tixonov tamaşaçıların yaddaşında daha çox “Baharın 17-ci anı” filmində yaratdığı Ştirlis obrazı ilə yadda qalıb. Bundan başqa Tixonov “Qara Qulaq – Ağ Bim”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda döyüşürdülər” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR