Bank Of Baku

Bakıda “Ağ və Qara” Müasir İncəsənət əsərlərinin sərgisi keçirilib - FOTOSESSİYA

Bakıda “Ağ və Qara” Müasir İncəsənət əsərlərinin sərgisi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 dekabr 2009 15:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Muzey Mərkəzində “Ağ və Qara” Müasir İncəsənət əsərlərinin sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin yeni həcmli layihəsidir: “Son üç il ərzində burada artıq müasir incəsənət sahəsində “Məhəbbətin göy qurşağı”, “Payızın rəngləri”, “Bahar, qadın, məhəbbət”, “Yayın impressiyası” və digər bu kimi ciddi layihələr həyata keçirilib. Bu gün təqdim olunan sərgidə 210 rəngkarlıq, qrafika, heykəltəraşlıq, foto və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunan 93 rəssam iştirak edir”.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları sərgidə nümayiş olunan əsərlər barədə danışıb, bu cür sərgilərin tez-tez təşkilinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “Ağ və Qara” sərgisi dekabrın 4-dən 9-dək nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR