Bank Of Baku

Tiflisdəki Azərbaycan Dövlət Dram Teatrının gənc aktyorları Musiqili Komediya Teatrında təcrübə keçəcəklər

Tiflisdəki Azərbaycan Dövlət Dram Teatrının gənc aktyorları Musiqili Komediya Teatrında təcrübə keçəcəklər
# 05 dekabr 2009 01:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Heydər Əliyevin adını daşıyan Tiflisdəki Azərbaycan Dövlət Dram Teatrının iki gənc aktyoru Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təcrübə keçəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 1-dən etibarən sözügedən teatrın aktyorları Namiq Musayev və Natiq Hacıyev Azərbaycan teatrlarında üç ay təcrübə keçəcəklər. Tiflis Dövlət Teatr və Kino Universitetinin məzunu olan bu gənclər hazırda Tiflis Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarıdır. Əsasən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaların hazırlanması prosesləri ilə yaxından tanış olacaq stajorlar eyni zamanda Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanacaq tamaşaların məşqlərində də iştirak edəcəklər. Azərbaycanın xalq artisti, professor Cənnət Səlimovanın, əməkdar incəsənət xadimləri Vaqif İbrahimoğlunun və Bəhram Osmanovun hazırda müxtəlif teatrlarda hazırladıqları tamaşaların məşq proseslərinə qatılacaq gənc aktyorlar eyni zamanda ölkəmizin bu tanınmış sənətkarlarından ustad dərsləri alacaqlar.

Məlumatda o da qeyd olunub ki, son iyirmi ildə xarici ölkələrin teatr sənətçilərinin Azərbaycan teatrında təcrübə keçməsi ilk dəfədir tətbiq olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan və maliyyələşdirilən belə layihələrin gerçəkləşməsi teatrlarımızın beynəlxalq aləmə inteqrasiyasını təmin etməklə milli teatr sənətkarlarımızın xaricdə tanınması işinə də xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR