Bank Of Baku

Bakıda “Karmen” operasının nümayişi anşlaqla keçib - FOTO

Bakıda “Karmen” operasının nümayişi anşlaqla keçib - <font color=red>FOTO </font>
# 07 dekabr 2009 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunub. APA-nın məlumatına görə, Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın Karmen obrazını oynadığı tamaşanın nümayişi anşlaqla keçib. Tamaşada Don Xose obrazını Fərid Əliyev, Mikaelanı İnarə Babayeva, Moralesi Tural Ağayev, Zaniqa obrazını əməkdar artist Əli Əsgərov canlandırıblar. Tamaşanın dirijoru Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov, quruluşu rejissoru əməkdar artist Hüseyn Əliyev, quruluşçu rəssam İvan Sebastyanov, xormeyster Sevil Hacıyeva, baletmeyster Tamilla Məmmədovadır. Operanı yerli tamaşaçılarla yanaşı, xarici tamaşaçılar da izləyib. Tamaşaçılar arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç xanımı ilə birgə olub. 4 pərdəli “Karmen” operası tamaşaçıların böyük marağı ilə qarşılanıb və opera ifaçıları çıxışlarını sürəkli alqışlar altında ediblər.

Tamaşadan sonra əməkdar artisti Fidan Hacıyeva bu obrazı yenidən oynadığı üçün özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb. Vokalçı qeyd edib ki, Karmen obrazında səhnəyə hər çıxışı onun üçün bayramdır: “Hər çıxışımda Karmenə olan sevgimi bildirirəm. Bu sevgi ömürlük olacaq və bir dəqiqə belə azalmayacaq. Bu operanı oynamaq böyük məsuliyyətdir və bugünkü tamaşaçı kütləsi bu məsuliyyətin öhdəsindən şərəflə gəldiyimi göstərdi. Bu gün mənimlə olan hər bir tamaşaçıya minnətdarlığımı bildirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR