Bank Of Baku

Bakıda Türk Film Həftəsi keçiriləcək

Bakıda Türk Film Həftəsi keçiriləcək
# 07 dekabr 2009 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 17-19 dekabr tarixlərində Bakıda Türk Film Həftəsi keçiriləcək. Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türk Film Həftəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirlər çərçivəsində üç gün müddətində Bakıda Türk kinosunun ən önəmli və ən çox mükafat qazanmış məşhur filmlərinin nümayişi nəzərdə tutulur. Dekabrın 17-də təşkil olunacaq film həftəsinin rəsmi açılışından dərhal sonra tanınmış rejissor Fatih Akının “Yaşamın Kıyısında” filmi göstəriləcək. Dekabrın 18-də “Vizontele Tuğba” və “Mutluluk”, 19-da isə “Günəşi gördüm” və “Üç meymun” filmləri nümayiş olunacaq. Filmlərin nümayişi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək. Filmlərə baxış üçün giriş sərbəstdir. Qeyd edək ki, Türk Film Həftəsi “B2C Ajans”ın təşkilatçılığı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR