Bank Of Baku

“Natiq Ritm” qrupu Bakı Caz Mərkəzində solo-konsert verəcək

“Natiq Ritm” qrupu Bakı Caz Mərkəzində solo-konsert verəcək
# 08 dekabr 2009 04:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm” qrupu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək.

Qrup üzvlərinin APA-ya verdiyi məlumata görə, bu konsertin dekabrın 15-də Bakı Caz Mərkəzində keçirilməsi planlaşdırılır. Əvvəlcə dekabrın 18-də keçirilməsi nəzərdə tutulan konsert daha sonra üç gün əvvələ çəkilib. Səbəb dekabrın 18-də Məhərrəm ayının başlamasıdır. Bir neçə saatlıq proqramda qrup üzvlərinin ifasında ən hit kompozisiyalar səslənəcək. Konsertin biletlərinin qiyməti 40 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR