Bank Of Baku

Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun 85 illik yubileyi keçiriləcək

Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun 85 illik yubileyi keçiriləcək
# 08 dekabr 2009 03:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli kinorejissoru Kamil Rüstəmbəyovun 85 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib.
O bildirib ki, yubiley tədbirinin dekabrın sonu - yanvarın əvvəlində Muzey Mərkəzində keçirilməsi nəzərdə tutulur. Tədbirdə görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən foto-sərgi də nümayiş olunacaq.
Qeyd edək ki, Kamil Rüstəmbəyov 1960-cı ildə “Aygün” adlı ilk Azərbaycan televiziya filmini çəkib. Bundan başqa, o, “Azərbaycanfilm” kinostudiyasında “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Dağlarda döyüş”, “İnsan və zəncir”, “Gözlə məni”, və başqa filmlərə quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR