Bank Of Baku

Bu həftə Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi öz işinə başlayacaq

Bu həftə Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi öz işinə başlayacaq
# 08 dekabr 2009 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 11-dən 18-dək Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir. Biennale artıq dördüncü dəfə təşkil olunur. Bu il təşkil olunacaq silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirakı gözlənilir. Bir həftə ərzində Bakı şəhərində demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq. Biennale çərçivəsində Muzey Mərkəzində mətbuat konfransının təşkili, Şirvanşahlar sarayında biennalinin açılış mərasimi, installiyasiya layihəsinin təqdimatı, Natliya Malinin performansı, “İncəsənət təcrübəsi bu gün” adlı konfransın və “Çərçivələrdən kənar” adlı kitabın təqdimatının, eləcə də bir çox sərgi salonları və qalereyalarda sərgilərin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR