Bank Of Baku

“Bir addım” qısametrajlı bədii filmi Moskvada keçiriləcək XV Beynəlxalq “Stalker” kinofestivalında Azərbaycanı təmsil edəcək

“Bir addım” qısametrajlı bədii filmi Moskvada keçiriləcək XV Beynəlxalq “Stalker” kinofestivalında Azərbaycanı təmsil edəcək
# 08 dekabr 2009 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İmper Qrup!” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Rusiyanın nüfuzlu kinofestivallarından biri olan XV Beynəlxalq “Stalker” kinofestivalında Azərbaycanı təmsil edəcək. Prodüser Mərkəzindən APA-ya verilən məlumata görə, festival dekabrın 10-dan 15-dək Rusiyanın paytaxtı Moskva şəhərində gerçəkləşəcək və “Bir addım” filmi festivalın “Beynəlxalq ponaram” bölməsində dekabrın 12-də Rusiya Kinematoqrafçılar İttifaqının kinozalında nümayiş olunacaq.

Xatırladaq ki, film 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran -2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşu operatoru Tanrıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserləri isə Fariz Əhmədov və Rəşad Qasımovdur. Filmin bədii rəhbəri Cəmil Quliyev, baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR