Bank Of Baku

Azərbaycan Ukraynada keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək

Azərbaycan Ukraynada keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək
# 09 dekabr 2009 12:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Ukraynada keçiriləcək beynəlxalq film festivalında iki sənədli filmlə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, 2006-cı ildə istehsal edilmiş “Nəfəs” və 2008-ci ilin istehsalı olan “Koramal” sənədli filmləri təşkilat komitəsi tərəfindən festivalın proqramına salınıb. Ukraynada keçiriləcək “Stupeniye” beynəlxalq festivalında filmlərin rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev də iştirak edəcək.

Qeyd edək ki, hər iki sənədli film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” ssenari müsabiqəsində qalib olduqdan sonra çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR