Bank Of Baku

Hindistanda XIV “Kerala” beynəlxalq kinofestivalı keçiriləcək

Hindistanda XIV “Kerala” beynəlxalq kinofestivalı keçiriləcək
# 09 dekabr 2009 21:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 11-dən 18-dək Hindistanda XIV “Kerala” beynəlxalq kinofestivalı keçiriləcək.

APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu festivalda Azərbaycanı “Qala” filmi təmsil edəcək. Festivalda dünyanın müxtəlif ölkələrindən çoxsaylı filmlərin nümayişi nəzərdə tutulur. Ən yaxşı ekran əsərləri xüsusi mükafatlara layiq görüləcək.

Qeyd edək ki, “Azərbaycanfilm” və “United Multimedia Projects”in birgə istehsalı olan film 83 dəqiqəni əhatə edir. Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə, baş prodüseri Xamis Muradov, prodüserləri Rauf Ataməlibəyov, Timur Vaynşteyn, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məmmədağa Əlili ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR