Bank Of Baku

“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” ili çərçivəsində “Niyyət” bədii filminin ilk nümayişi keçiriləcək

“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” ili çərçivəsində “Niyyət” bədii filminin ilk nümayişi keçiriləcək
# 10 dekabr 2009 09:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filminin ilk nümayişi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin təqdimatı dekabrın 18-də “Azərbaycan” kinoteatrında baş tutacaq. Tədbirdə filmin yaradıcı heyəti ilə görüşün də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin ssenari müəllifi Yavər Rzayev, bədii rəhbəri Rüstəm İbrahimbəyovdur. Süjetə görə, qəhrəmanlardan biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə dünyanın əyləncələrindən imtina edib bir niyyətlə yaşayır. Həyat bu iki gəncin yollarını toqquşdurur və sonda hər ikisi bir yolda addımlamağa başlayırlar. Filmdə baş rolları Fuad Axundov, Nahidə Əliyeva, Rövşən Məmmədov və Münəvvər Əliyeva ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR