Bank Of Baku

Rüstəm İbrahimbəyov Polşada keçirilən beynəlxalq kinofestivalda fəxri qonaq statusunda iştirak edib

Rüstəm İbrahimbəyov Polşada keçirilən beynəlxalq kinofestivalda fəxri qonaq statusunda iştirak edib
# 10 dekabr 2009 12:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Görkəmli Azərbaycan nasiri və kinossenarist Rüstəm İbrahimbəyov Polşanın Lodz şəhərində keçirilən ənənəvi “Plus Camera image” beynəlxalq kinofestivalında fəxri qonaq statusunda iştirak edib. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 4-9-da keçirilmiş tədbir çərçivəsində festival rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, növbəti ildən Azərbaycan kino ustalarının bu beynəlxalq tədbirdə yaxından iştirakı ilə bağlı razılıq əldə edilib.

Varşavada olduğu müddət R. İbrahimbəyov məşhur polyak kinorejissoru Kşiştof Zanussi ilə görüşüb, birgə yaradıcılıq planları barəsində fikir mübadiləsi aparıb. Polşa Kinematoqrafçılar İttifaqının sədri Martin Yasek və Polşa Kino İnstitutunun direktoru, xanım Aqneşka Odoroviçlə görüşlərdə iki ölkənin kino sənayesi arasında daha sıx və məhsuldar əməkdaşlıq qurmağın yolları müzakirə edilib. R. İbrahimbəyov rəsmən gələn ilin mayında Polşanın Qdınya şəhərində keçiriləcək film festivalının münsiflər heyətində təmsil olunmaq dəvəti alıb. Eyni zamanda hər ilin sentyabr ayında R. İbrahimbəyovun təşkilatçılığı ilə keçirilən “Şərq-Qərb” kinofestivalında Polşa kinematoqrafçılarının daha fəal iştirakı ilə bağlı da razılıq əldə olunub.

Bundan başqa, Polşa Kino Xadimləri Evində R. İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Günəşdən yorulanlar” filminə baxış keçirilib, daha sonra isə müəlliflə görüş olub. Görüşdə R. İbrahimbəyov yaradıcılıq planları və Azərbaycan kinosunun keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR