Bank Of Baku

Bu ay Bəstəkarlar İttifaqının Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə elan etdiyi müsabiqənin ilk turu keçiriləcək

Bu ay Bəstəkarlar İttifaqının Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə elan etdiyi müsabiqənin ilk turu keçiriləcək
# 10 dekabr 2009 13:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə elan etdiyi müsabiqənin ilk turu keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı və Sumqayıt şəhərinin uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin tələbələri iştirak etdiyi müsabiqənin ilk turu dekabrın 15-dən 18-dək baş tutacaq. Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə, yaşı 1991-ci il təvəllüdündən böyük olmayan ifaçılar arasında keçiriləcək müsabiqə 3 mərhələdən ibarət olacaq. Müsabiqənin münsiflər heyətində Bəstəkar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təmsil olunacaq. Müsabiqənin nəticələri üzrə xüsusi disk buraxılacaq. Diskə müsabiqə qaliblərinin, habelə II mərhələdə fərqlənən iştirakçıların ifasında Azər Dadaşovun fortepiano pyesləri yazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR