Bank Of Baku

“Amerika mənim baxışımdır” mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş olunacaq

“Amerika mənim baxışımdır” mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş olunacaq
# 10 dekabr 2009 15:47 (UTC +04:00)
Bakı. Viktoriya Demenyteva-APA. Bakıda “Amerika mənim baxışımdır” mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş olunacaq.
APA-nın xəbərinə görə, bunu bu ilin əvvəllərində keçirilən müsabiqə ilə bağlı Müasir İncəsənət Akademiyasının tələbə və müəllimlərinin şərəfinə təşkil olunan qəbulda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu bildirib. Donald Lu deyib ki, o, Azərbaycan rəssamlarının yeni istedadlı nəslini alqışlayır: “Bir amerikalı kimi bu rəsm və heykəltəraşlıq işləri məndə böyük təəssürat bağışlayıb. Bu rəsm və heykəltəraşlıq işləri məni və səfirlikdə işləyən həmkarlarımı Azərbaycanla ABŞ arasında yeni körpülər, yeni əlaqələr yaratmaq baxımından güclü iş tempimizi davam etdirməyə ruhlandırdı”.

Qeyd edək ki, sərgidə 80 rəsm və heykəltəraşlıq əsəri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR