Bank Of Baku

Türkiyəli fotoqraf: “Azərbaycan incəsənətinin bir az qədim ənənələrin, bir az da rus sənətinin təsiri altında olduğunu sezdim” - FOTO

Türkiyəli fotoqraf: “Azərbaycan incəsənətinin bir az qədim ənənələrin, bir az da rus sənətinin təsiri altında olduğunu sezdim” - <font color=red>FOTO</font>
# 11 dekabr 2009 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bu, mənim Azərbaycana ilk səfərimdir və ilk gəlişimdən buranı çox sevdiyimi etiraf etməliyəm. Azərbaycanın incəsənətlə məşğul olan insanlarını tanıyıram, amma əvvəllər bununla bağlı çox da geniş məlumata malik deyildik. Azərbaycan incəsənətinin bir az qədim ənənələrin, bir az da rus sənətinin təsiri altında olduğunu sezdim. Çox gözəl haldır ki, burada yeni modern sənət də öyrənilir və təbliğ olunur”. APA-nın məlumatına görə, bu sözləri Bakıda başlayan “Alüminium” Beynəlxalq İncəsənət Festivalında iştirak edən türkiyəli fotoqraf, eyni zamanda bir sıra qalereyaların direktoru olan Dənizhan Özər deyib. O bildirib ki, Bakıda təşkil olunan biennal çox yüksək səviyyədədir və bu layihə çox təqdirəlayiqdir: “Dördüncü dəfə keçirilməsi də bunun bir isbatıdır. Azərbaycanın türk dünyasında yeri hər baxımdan çox önəmlidir. Hər kəs azərbaycanlı qardaşlarımıza böyük sevgi bəsləyir. Biz Azərbaycanın rəssamlarını, sənətlə məşğul olan insanlarını Türkiyədə görmək istəyirik. Bu, incəsənət sahəsində daha sıx əlaqələrə zəmin yaradacaq. Azərbaycan rəssamlarının Türkiyədə, Türkiyə rəssamlarının isə Azərbaycanda sərgilərinin az-az təşkil olunması maddi səbəblərlə bağlıdır. Mən artıq buranı gördüm və çox istəyirəm ki, iki il ərzində türkiyəli rəssamların Azərbaycana səfərini həyata keçirim. Rəhmətlik Nahid Kabakçı bir çox Azərbaycan rəssamının əsərlərini öz kolleksiyasına almışdı. Məhz Nahid Kabakçının səyi nəticəsində bu gün mən burdayam. Üç fotoqraf gətirmişəm. Bura gəlişimin əsas məqsədi Azərbaycan rəssamları ilə tanış olmaq və onlarla işbirliyi qurmaqdır. Yazda Türkiyədə təşkil ediləcək Çanaqqala Biennalının kuratoruyam və həmin bieannalda Azərbaycanın da təmsil olunması yönündə danışıqlar aparacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR