Bank Of Baku

Fransız fotoqraf Jak Krim: “Azərbaycan son bir neçə ildə çox inkişaf edib”

Fransız fotoqraf Jak Krim: “Azərbaycan son bir neçə ildə çox inkişaf edib”
# 11 dekabr 2009 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda bu gün başlayacaq və dekabrın 18-dək davam edəcək “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennailisində iştirak edən çoxsaylı ölkələrin rəssam və fotoqrafları Bakı haqqında təəssüratlarını bölüşüblər. Fransız fotoqraf Jak Krim APA-ya bildirib ki, bu onun Azərbaycana ikinci səfəridir və bu səfər çərçivəsində o tədbirdə iştirakı ilə yanaşı, həm də paytaxtın fotolarını çəkəcək: “Bu biennalidə mən portretlər də daxil olmaqla beş foto əsərimi nümayiş etdirirəm. 4 il əvvəlki Bakıya səfərimlə indiki səfərim arasında şəhərdə olduqca böyük fərqlər gördüm. Ölkəniz çox inkişaf edib, çoxsaylı göydələnlər ucaldılıb. Burada olduğum müddətdə eyni zamanda işləyəcəyəm və gözəl şəhərinizin fotolarını çəkəcəyəm. Çəkdiyim fotları isə Fransada təşkil olunacaq sərgilərimdə nümayiş etdirmək istəyirəm. Qismət olsa Bakıda da öz sərgimi təşkil etmək istərdim”.

Biennalidə iştirak edən norveçli fotoqraf Eli Qlada əvvəllər Azərbaycanda bir neçə dəfə olduğunu qeyd edib: “Bu bienanilidə iştirak mənim üçün çox vacibdir və buradakı incəsənət işləri ilə birbaşa əlaqəm var. Norveçə gələn azərbaycanlı rəssamların bir neçəsi ilə tanışam və onların yaradıcılığını yüksək qiymətləndirirəm. Mən burada video və iki şəkil nümayiş etdirirəm. Biennalinin yüksək səviyyədə təşkilini xüsusi qeyd etməliyəm və şəhərinizdə olmaqdan çox məmnunam”.

Biennalidə Yaponiyanı təmsil edən, özü isə Parisdə yaşayan fotoqraf Midori Sakurai Bakıya ilk dəfə səfər etdiyini bildirib. Yaponiyalı fotoqraf ilk səfərinin onun yaddaşında xoş və unudulmaz xatirə kimi qalacağını qeyd edib. M. Sakurai yaxın müddətdə Bakıda sərgisinin təşkilini də arzu edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR