Bank Of Baku

Şirvanşahlar Sarayında “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi keçirilib – FOTOSESSIYA

Şirvanşahlar Sarayında “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi keçirilib – <font color=red>FOTOSESSIYA </font>
# 11 dekabr 2009 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 11-də Şirvanşahlar Sarayında “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dördüncü dəfədir ki, Azərbaycanda keçirilən Beynəlxalq İncəsənət Biennalisinin açılışını böyük hadisə kimi qiymətləndirib: “İki il bundan öncə elə bu məkanda keçirilən üçüncü biennailidə 14 ölkə iştirak edirdi. Bu il keçirilən biennali isə artıq 21 ölkəni əhatə edir. Bu proses ümumiyyətlə dünyanın müasir incəsənətində böyük bir dalğaya çevrilib. Bizim tədbirimiz sintez yanaşması ilə fərqlənir. Burada həm video-illüstrasiya, həm rəssamlıq, həm heykəltəraşlıq, eyni zamanda foto, insanın öz bədənindən ibarət incəsənət nümunələri nümayiş etdirilir. Bu dalğa bütün dünya ölkələri ilə yanaşı Azərbaycana da gəlib çıxıb”. Nazir qeyd edib ki, biennalidə təmsil olunan rəssamlar, bütün incəsənət xadimləri dünyada tanınan, seçilən rəssamların sırasındadırlar: “Bu biennali çərçivəsində təqdim olunan əsərlər həm bizim dünya görüşümüzün artmasına, həm də ki, yaradıcı insanların dünyada gedən yaradıcı proseslərlə daha yaxından tanış olmasına şərait yaradacaq. Bu tədbir “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” İli çərçivəsində həyata keçirilir”. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, eləcə də biennalinin direktoru Leyla Axundzadə və biennali iştirakçıları dekabrın 18-dək davam edəcək beynəlxalq layihəyə uğurlar arzulayıblar.

Bu il təşkil olunan “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesində 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edir. Bir həftə ərzində Bakı şəhərində demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq. Azərbaycandan isə 35 nəfər rəssam iştirak edir. “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi dekabrın 18-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR