Bank Of Baku

Almaniyalı pianoçu Sumqayıtda konsert verib

Almaniyalı pianoçu Sumqayıtda konsert verib
# 11 dekabr 2009 23:14 (UTC +04:00)
Sumqayıt – APA. Almaniyalı pianoçu Ulrix Roman Murtfeld Sumqayıtda konsert proqramı ilə çıxış edib.
APA-nın məlumatına görə, Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində keçirilən konsert Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutub. Konsert Almaniyanın Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə şəhər İcra hakimiyyətinin nümayəndələri, Almaniya səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri və şəhər ictimaiyyətinin təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini R.Həsənov qonaqları salamlayıb, daha sonra Almaniyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri cənab Şmidter çıxış edərək Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində baş tutan bu silsilə tədbirlərin “Almaniyanı yaşamaq” şüarı altında keçirildiyini qeyd edib. O, pianoçu haqqında qısa məlumat verib.
Konsert zamanı U.R.Mutfeld dahi bəstəkarlar – Yohannes Brahms, Ludviq van Bethoven, Qara Qarayev və Klod Debüsinin əsərlərini ifa edib. Pianoçunun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR