Bank Of Baku

Bakıda “Ədəbi kinoklub” açılacaq

Bakıda “Ədəbi kinoklub” açılacaq
# 15 dekabr 2009 02:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Ədəbi kinoklub”un açılışı keçiriləcək. Dövlət Film Fondunun “Luç” Mədəniyyət Xadimləri Assosiasiyası ilə birgə təşkil edəcəyi bu layihənin açılışı dekabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqında baş tutacaq.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, “Ədəbi kinoklub”un ilk buraxılışı dünya şöhrətli fransız yazıçısı, şairi, filosofu və rejissoru Jan Koktonun 120 illiyinə həsr olunacaq. Həmin gün Jan Koktonun “Orfey” bədii filmi göstəriləcək. C.Quliyev qeyd edib ki, bu film 1949-cu ildə çəkilib və bu il filmin 60 iliyidir. Filmdə baş rolları tanınmış aktyorlar Jan Mare, Fransua Perye, Mariya Kazares ifa ediblər.

Dövlət Film fondunun rəhbəri vurğulayıb ki, ayda bir dəfə təşkil olunması nəzərdə tutulan “Ədəbi kinoklub”da mütəmadi şəkildə dünya şöhrəti qazanmış filmlər, ədəbi əsərlərin ekran təcəssümləri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR