Bank Of Baku

Fidan Hacıyeva və Cavan Zeynallı Londonda birgə albom hazırlayacaq

Fidan Hacıyeva və Cavan Zeynallı Londonda birgə albom hazırlayacaq
# 14 dekabr 2009 21:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanlı cazmen Cavan Zeynallı əməkdar artist, vokalçı Fidan Hacıyeva ilə birgə yeni albom hazırlayacaq.

Bu barədə APA-ya məlumat verən Cavan Zeynallı bildirib ki, iki peşəkar ifaçının birgə albomu Londonda işıq üzü görəcək. Cazmen qeyd edib ki, albomun Londonda hazırlanmasına Fidan Hacıyeva ilə birgə qərar verib: “Hər ikimiz düşündük ki, albomumuzun Londonda hazırlanması daha məqsədəuyğundur. Çünki Londonda daha yaxşı musiqi şirkətləri var və albomumuz daha keyfiyyətli hazırlana bilər. Bu albomda bütün mahnılar caz və klassik opera ifası ilə sintez olunacaq. Albomda Fidan Hacıyevanın ifası, mənimsə müşayiətimlə Azərbaycanın tanınmış bəstəkarları Tofiq Quliyev və Rauf Hacıyevin mahnıları, eləcə də caz kompozisiyaları yer alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR