Bank Of Baku

Məşhur “Sevil” qızlar ansamblı “Retro-Sevil” adı altında fəaliyyətə başlayıb - FOTO

Məşhur “Sevil” qızlar ansamblı “Retro-Sevil” adı altında fəaliyyətə başlayıb - <font color=red>FOTO</font>
# 17 dekabr 2009 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın görkəmli cazmeni Vaqif Mustafazadənin vaxtilə yaratdığı “Sevil” qızlar ansamblının fəaliyyəti bərpa olunub. “Retro- Sevil” adı altında yeni yaradılan ansambl istedadlı 6 ifaçı qızdan ibarətdir. Ansamblın bədii rəhbəri, məşhur “Sevil” ansamblının solisti Rəna Talıbova APA-ya verdiyi açıqlamasında bu ansamblı ilin əvvəlində yaratdığını və bu zamana kimi təqdimat üçün repertuar hazırladıqlarını bildirib: “ Mən məşhur “Sevil” qızlar ansamblına 1975-ci ildə gəlmişəm. Müəyyən səbəblərə görə bir nəfər ansamblın sıralarını tərk etmişdi və mən də Bülbül adına orta ixtisas musiqi məktəbindən bu ansambla gəldim. Ansamblda çalışdığım vaxtları çox böyük sevgi ilə xatırlayıram, Vaqif müəllimlə çalışmaq çox maraqlı idi. Onunla işləmək böyük fəxarət hissi idi. Onunla işləmək mənə nağıl kimi gəlirdi. İlk növbədə Vaqif müəllim çox gözəl insan idi. O rəftarı, davranışı ilə seçilirdi. Ancaq işdə çox tələbkar idi”.

Rəna Talıbovanın sözlərinə görə, “Sevil” qızlar ansamblını “Retro-Sevil” adı ilə bərpa etmək onun ən böyük arzularından biri olub: “Mən özüm ixtisasca pianoçuyam. Uzun müddət idi “Sevil” qızlar ansamblını yaratmaq arzusunda idim və bunu etdim. Ansamblı yaratmaqda məqsədim isə indiki gənclərə retro mahnıları çatdırmaqdır”. Ansamblın bədii rəhbəri onu da deyib ki, yaratdığı bu ansamblın Vaqif Mustafazadənin rəhbərlik etdiyi “Sevil” ansamblı kimi məşhurlaşacağı barədə heç nə deyə bilməz: “Əlbəttə ki, Vaqif Mustafazadənin yerini heç kəs tuta bilməz və eləcə də bu ansamblın onun rəhbərlik etdiyi vaxtlardakı kimi uğur qazanacağına inanmıram. Axı o vaxt bu ansamblı Vaqif Mustafazadə yaratmışdı. Ancaq uğur qazanacağına inanıram, bunu zaman keçdikcə hamımız görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR