Bank Of Baku

Bakıda Jan Koktonun 120 illliyinə həsr olunmuş “Ədəbi kinoklub” keçirilib

Bakıda Jan Koktonun 120 illliyinə həsr olunmuş “Ədəbi kinoklub” keçirilib
# 17 dekabr 2009 16:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqında “Ədəbi kinoklub”un açılışı keçirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun “Luç” Mədəniyyət Xadimləri Assosiasiyası ilə birgə təşkil etdiyi tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev “Ədəbi kinoklub”un ilk buraxılışının dünya şöhrətli fransız yazıçısı, şairi, filosofu və rejissoru Jan Koktonun 120 illiyinə həsr olunduğunu deyib. Fond rəhbəri bildirib ki, layihənin ayda bir dəfə təşkil olunması nəzərdə tutulur. Onun sözlərinə görə, “Ədəbi kinoklub” ilk aylarda Kinematoqrafçılar İttifaqında, daha çox tamaşaçı cəlb etdikdən sonra isə daha böyük izləyici tutumu olan yerlərdə keçirilə bilər. “Ədəbi kinoklub”un təşkilində məqsəd dünyanın ən tanınmış retro filmlərinin və ədəbi əsərlərin ekran əsərlərinin nümayişinin təşkilidir.

Rəsmi açılışdan sonra Jan Koktonun “Orfey” bədii filmi göstərilib. C. Quliyev qeyd edib ki, 1949-cu ildə çəkilən filmin 60 iliyidir. Filmdə baş rolları tanınmış aktyorlar Jan Mare, Fransua Perye və Mariya Kazares ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR