Bank Of Baku

Yeddi fotoqrafın əsərlərindən ibarət sərgi açılıb

Yeddi fotoqrafın əsərlərindən ibarət sərgi açılıb
# 17 dekabr 2009 16:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müasir İncəsənət Muzeyində 7 fotoqrafın əsərlərindən ibarət sərginin açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil olunmuş sərgi 2010-cu il yanvarın 17-dək davam edəcək.

Açılış mərasimində çıxış edən layihənin kuratoru Sənan Ələsgərov bildirib ki, sərgidə gənc fotoqraflar Elnur Babayev, Fəxriyyə Məmmədova, İlkin Hüseynov, Rəna Əfəndi, Sergey Xrustalyov, Sitarə İbrahimova və Təhminə Əhmədovanın əsərləri nümayiş olunacaq: “Müəlliflərin sərgiyə çıxardığı əsərlərdə onların öz müşahidələrini, düşüncələrini vizual şəkildə fotoşəkilə salmaq bacarığı əksini tapıb. Fotoqraflar təsvirin texniki mükəmməlliyinə ironiya ilə yanaşıblar”.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə Azərbaycanda davamlı olaraq bu cür mədəni tədbirlərin keçirilməsini müsbət qiymətləndirib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları gənc fotoqrafların əsərləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR