Bank Of Baku

Akademik Milli Dram Teatrı Aqata Kristinin “Tələ” əsəri əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək

Akademik Milli Dram Teatrı Aqata Kristinin “Tələ” əsəri əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək
# 17 dekabr 2009 23:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında Aqata Kristinin “Tələ” əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Əsəri ingiliscədən Şaiq Cabiroğlu çevirib. Tamaşanın baş rollarında xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İsgəndərova, Elxan Quliyev, Abbas Qəhrəmanov, artistlər Vəfa Rzayeva, Mətləb Abdullayev çıxış edəcəklər. Tamaşada hadisələr Şotlandiyanın ucqar dağ pansionatında cərəyan edir.

Tamaşanın premyerasının dekabrın 23-də Aktyor Evində keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR