Bank Of Baku

Almaniyada azərbaycanlı şairənin sözlərinə yazılmış əsərin premyerası olub

Almaniyada azərbaycanlı şairənin sözlərinə yazılmış əsərin premyerası olub
# 21 dekabr 2009 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyanın Detmold şəhərində Şimali Reyn-Vestfaliya (Nordrhein-Westfalen) Musiqi Şurası və Şimali Reyn-Vestfaliya Federal Torpağının hokumet başçısının dəstəyi ilə "Horizonte" ansamblının ifasında “Od qızı” (“Feuertochter”) adlı konsert keçirilib. APA-nın məlumatına görə, konsertdə Detmoldda yaşayan azərbaycanlı gənc bəstəkar Xədicə Zeynalovanın Şimali Reyn-Vestfaliya (Nordrhein-Westfalen) Ölkə Musiqi Şurası və Şimali Reyn-Vestfaliya Federal Torpağının hokumet başçısının sifarişi ilə "Horizonte" ansamblı ucun Nuridə Atəşinin eyniadlı şeiri əsasında yazdığı 9 hissəli "Od qızı" (Feuertochter) əsərinin premyerası olub. Klangwerkstatt Detmoldda baş tutan konsertdə "Horizonte" ansamblının rəhbəri Dr. Jörg-Peter Mittmann əsəri çox yüksək qiymətləndirib və Almaniyanın bir çox şəhərlərində veriləcək konsertlərin proqramına salındığını deyib.

“Od qızı” əsərinin premyerasının uğurlu keçməsi və ümumilikdə əsər haqqında bir neçə alman dövrü mətbuatında da yazılar dərc edilib. Həmin yazılarda N. Atəşi “Qafqazın vəhşi gülü” təxəllüsü ilə, Şərqlə Qərb arasında mədəni körpü simvolu olan azərbaycanlı şairə kimi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR