Bank Of Baku

Bəstəkarlar İttifaqında Salman Qəmbərovun yubileyi qeyd olunub – FOTOSESSIYA

Bəstəkarlar İttifaqında Salman Qəmbərovun yubileyi qeyd olunub – <font color=red>FOTOSESSIYA </font>
# 21 dekabr 2009 17:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış cazmen Salman Qəmbərovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley tədbirində Azərbaycan Bəstəkar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edib: “Bu il Salman Qənbərovun 50 yaşını qeyd edirik. Qısa bu zaman kəsiyində Salman çox gözəl və yüksək səviyyəli layihələr ilə yaddaşlarda qalıb. Bir sıra ölkələrdə Salman maraqlı konsertlərlə çıxış edib və doğrudan da xarici musiqiçilərin çox böyük marağına səbəb olub. Bugünkü konsert bir növ görüş konserti kimi təşkil olunub”.

Yubilyar Salman Qəmbərov isə 2009-cu ilin onun üçün yubiley ili olduğunu bildirib və
bunun yubileyi ilə bağlı keçirilən son tədbir olduğunu vurğulayıb: “Bu gün təqdim edəcəyim proqramla bir çox ölkələrdə çıxış etmişəm. Proqrama bir çox maraqlı kompozisiyalar daxil etmişəm”.

Daha sonra isə Salman Qəmbərov “Lətif” layihəsindən bir parça ifa edib. İfadan əvvəl layihə barədə məlumat verən cazmen bu layihənin 2001-ci ildə təqdim olunduğunu vurğulayıb.

Cazmeni konsert boyu zərb alətlərində Eldar Qafarov, kamançada isə Fəxrəddin Dadaşov, eyni zamanda onun rəhbərlik etdiyi “Bakustik caz” qrupunun üzvləri
bas-gitarada Emil Həsənov və Ruslan Hüseynov, zərb alətlərində Vaqif Əliyev, Çikaqodan olan truba ifaçısıAmir Əl-Səfari müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR