Bank Of Baku

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bu həftə Bakıya gəlir – FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bu həftə Bakıya gəlir – <font color=red>FOTO</font>
# 23 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova dekabrın 25-də Bakıya gələcək. Bu barədə APA-ya məlumat verən aktrisa deyib ki, o, səfərə prodüser Sevda Kaygısızla birgə gələcək. Səfərlərinin məqsədi isə xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri əsasında çəkiləcək film üçün Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalamaqdır. M. Abbasovanın sözlərinə görə, bu əsər əsasında filmin Türkiyədə hazırlanması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalanması lazımdır. Azərbaycanlı aktrisa qeyd edib ki, filmin çəkilişlərinin gələn ilin mayında gerçəkləşməsi nəzərdə tutulur: “Filmin əsas hissəsi, təxminən 90 faizi Azərbaycanda çəkiləcək. Mən filmdə əsas rollardan biri olan Gəmərbanunu canlandıracağam. Filmin rejissorunun kimliyi hələ məlum deyil. Bu rejissor həm xaricdən, həm də Türkiyədən ola bilər. Elə filmin çəkilişində də xaricdən və Türkiyədən yaradıcı heyət cəlb olunacaq”. M. Abbasova qeyd edib ki, filmin çəkilişində “Oskar” mükafatına layiq görülmüş qrim və saç ustaları da iştirak edəcək: “Azərbaycanda çəkiləcək filmdə oskarlı ustaların çalışması çox gözəl haldır. Bu filmin yüksək səviyyədə olacağına şübhə etmirəm, burada güclü komanda toplaşır”. M.Abbasova onu da vurğulayıb ki, onun Azərbaycana səfəri qısamüddətlidir və dekabrın 28-də Türkiyəyə, ailəsinin yanına qayıdacaq. Aktrisa Yeni il bayramını Türkiyədə ailə ilə birgə keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR