Bank Of Baku

Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib

Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib
# 23 dekabr 2009 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində Rəfiq Zəka Xəndanın zəngin ədəbi irsə malik, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olduğu qeyd edilib. Çıxışçılar onun özünəməxsus poeziyasının geniş oxucu rəğbəti qazandığını, sözlərinə mahnılar bəstələndiyini diqqətə çatdırıblar. Tədbir zamanı şairin şerləri səslənib. Mahnı Teatrının musiqi kollektivi isə Rəfiq Zəkanın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR