Bank Of Baku

Marneulidə gənc rəssamların sərgisi keçirilib - FOTOSESSİYA

Marneulidə gənc rəssamların sərgisi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2009 19:12 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Marneili şəhərinin Mədəniyyət Evində Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr edilmiş sərgi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Marneuli Gənclər Mərkəzi və Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiyası təşkil edib.

Sərgini Gürcüstan parlamentinin deputatı Azər Süleymanov açıb. Tədbirdə Kvemo-Kartli bölgəsinin gürcü və azərbaycanlı gənclərinin çəkdiyi 120-yə qədər rəsm əsərlərinin müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarı ilə gənc rəssam Ruhiyyə Osmanova müsabiqədə “Mavi səma” adlı rəsm əsərinə görə birinci yeri tutaraq mükafata layiq görülüb. Onun 20-yə qədər rəsm əsərləri sərgini bəzəyib.

Müsabiqədə gənc gürcü və azərbaycanlı rəssamlardan Şəlalə Həsənova, Fidan Əsgərova, Teona Şubitidze, Marina Xmaladze, Raidə Məmmədova, Kamran İsayev və başqalarının rəsm əsərlərinə baxış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR