Bank Of Baku

Azərbaycanlı pianoçu Böyük Britaniya və Rusiyada konsert proqramları ilə çıxış edəcək

Azərbaycanlı pianoçu Böyük Britaniya və Rusiyada konsert proqramları ilə çıxış edəcək
# 23 dekabr 2009 23:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqlər laureatı, pianoçu Murad Hüseynov Macarıstandan səfərdən qayıdıb. Bu barədə APA-ya məlumat verən M.Hüseynov bildirib ki, səfər çərçivəsində iki konsert proqramı ilə çıxış edib.

Bu konsertlərdən sonra həmyerlimiz növbəti il üçün bir neçə konsertlə Macarıstana dəvət olunub. Bununla yanaşı, M.Hüseynov 2010-cu ilin ilk aylarında Böyük Britaniya və Rusiyada bir neçə konsertlə çıxış edəcəyini vurğulayıb. O bildirib ki, bu səfərlər arasında beynəlxalq musiqi festivalında iştirak da nəzərdə tutulur.

Pianoçunun iştirakı ilə bu ilin son konserti isə Bakıda keçiriləcək. M.Hüseynov dekabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, pianoçu Elmira Səfərovanın 75 illik yubileyi münasibətilə keçiriləcək xatirə gecəsində çıxış edəcək. Həmin konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə M.Hüseynovdan əlavə, E.Səfərovanın daha iki tələbəsinin çıxışı nəzərdə tutulur. Mərhum pianoçunun hər üç tələbəsinin ifasında həmin gün Qara Qarayev, Edvard Qriq, List və Ravelin əsərləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR