Bank Of Baku

Lənkəran teatrı Bakıda səfərdə olub

Lənkəran teatrı Bakıda səfərdə olub
# 25 dekabr 2009 04:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakı şəhərindən qısamüddətli qastrol səfərindən qayıdıb.

Teatrın direktoru İslam Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv Abbas Mirzə Şərifzadə adına Aktyor Evində paytaxt sənətsevərləri qarşısında dramaturq Arif Mədətovun “Sezarın qətli” tamaşası ilə çıxış edib.

Böyük maraqla izlənilən bu səhnə əsərinin quruluşçu-rejissorları əməkdar incəsənət xadimi Baba Rzayev və İslam Səfəroğlu, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından Əlibala Əsgərov, Qızılgül Quliyeva, Adil Zeynalov, Sucəddin Mirzəyev, Allahverən Babayev və başqaları ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR