Bank Of Baku

Dillər Universitetində fransız dramaturqu Robert Tomasın “Səkkiz qadın” tamaşası səhnəyə qoyulub

Dillər Universitetində fransız dramaturqu Robert Tomasın “Səkkiz qadın” tamaşası səhnəyə qoyulub
# 25 dekabr 2009 01:08 (UTC +04:00)
Bakı – APA. Dekabrın 24-də Azərbaycan Dillər Universitetində məşhur fransız dramaturqu Robert Tomasın “Səkkiz qadın” tamaşası 2 saylı İngilis dili fakültəsinin birinci kurs tələbələrinin ifasında səhnəyə qoyulub.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilən tamaşa İngilis dilində ifa olunub.

ADU-nun rektoru, professor Səməd Seyidov da tamaşanı izləyənlər sırasında olub. Tədbirdən sonra gözəl ifaya görə tələbələri təbrik edən S.Seyidov bu tamaşanı Amerikanın məşhur “Broadway” teatrı ilə müqayisə edib və ölkəmizdə bu cür istedadlı gənclərin olduğuna görə qurur hissi keçirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR